Səfir Azərbaycana dəstəyini ifadə edib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələrə dair “X” sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda qeyd olunub:
“Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır. Öldürülənlərin ailələrinə başsağlığı verir və bu ağır zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik.”, - məlumatda deyilir.
Son xəbərlər
Daha çox 