Azərbaycan və Çin arasında viza rejimi bu gündən ləğv edildi

Azərbaycanla Çin arasında ümumvətəndaş pasportları olan şəxslər üçün viza rejimi bu gündən etibarən qüvvədən düşüb.
Saziş Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri zamanı imzalanmış və bu gün, iyulun 16-da qüvvəyə minib.
Sənədə əsasən, hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları 180 günlük dövr ərzində ümumilikdə 90 gün, hər səfər üzrə isə 30 günədək vizasız səyahət edə biləcəklər.