Azərbaycan və İran rəsmiləri ikitərəfli münasibətləri müzakirə ediblər

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı baş tutub. Bu barədə İran mediası məlumat yayıb.
Danışıqlar zamanı Hacıyev İsrail–İran gərginliyi fonunda həlak olan şəxslərlə bağlı qarşı tərəfə başsağlığı verib.
Tərəflər iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların yerinə yetirilməsinin və ikitərəfli əlaqələrin inkişafının vacibliyini vurğulayıblar.
Telefon danışığında, həmçinin Əhmədianın Azərbaycana planlaşdırılan səfəri də müzakirə olunub.
Aytac