• $ 1.7
  • € 1.9921
  • ₽ 0.020614
  • ₺ 0.0408
  • £ 2.2841

İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşüb

İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşüb
07.10.2025 12:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin Sədri ilə görüşləri, həmçinin onun bu ilin iyulunda ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, bu sammitin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi və xalqlararası əlaqələrin daha da inkişaf etdirilməsində rolu vurğulanıb.

Görüşdə qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkmənistan dövlətlərarası əlaqələrinin hazırkı səviyyəsi yüksək qiymətləndirilib, xalqlarımızı dərin qardaşlıq ənənələrinin birləşdirdiyi qeyd olunub. Siyasi, iqtisadi, nəqliyyat, energetika, parlamentlərarası, humanitar, mədəni, təhsil və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığına toxunulub.

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin Sədri əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Ərdoğan Türkmənistanı TDT-nin daimi üzvü kimi görmək istəyir
Siyasət 14:29
Ərdoğan Türkmənistanı TDT-nin daimi üzvü kimi görmək istəyir
Qazaxıstan Prezidenti Xəzər dənizi ilə bağlı türk dövlətlərinə çağırış edib
Siyasət 14:00
Qazaxıstan Prezidenti Xəzər dənizi ilə bağlı türk dövlətlərinə çağırış edib
Qəbələdə TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşündə Prezident İlham Əliyev çıxış edib
Siyasət 13:42
Qəbələdə TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşündə Prezident İlham Əliyev çıxış edib
Prezident: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır
Siyasət 13:39
Prezident: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır
Prezident: TDT ciddi geosiyasi mərkəz kimi formalaşır
Siyasət 13:28
Prezident: TDT ciddi geosiyasi mərkəz kimi formalaşır
İlham Əliyev Vladimir Putini təbrik edib
Siyasət 13:23
İlham Əliyev Vladimir Putini təbrik edib
İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Siyasət 12:28
İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gəlib
Siyasət 10:14
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gəlib
Ermənistan-Türkiyə münasibətlərinin perspektivləri - TƏHLİL
Siyasət 09:58
Ermənistan-Türkiyə münasibətlərinin perspektivləri - TƏHLİL
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol