• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Kəmaləddin Heydərov İsrailin yeni səfiri ilə görüşüb

Kəmaləddin Heydərov İsrailin yeni səfiri ilə görüşüb
13.11.2025 17:29

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Kraus ilə görüşüb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Nazir Kəmaləddin Heydərov səfir Ronen Krausu səmimi salamlayaraq onu Azərbaycanda fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Nazir qeyd edib ki, Azərbaycan və İsrail arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlər daim genişlənir və bu kontekstdə hər iki ölkənin müvafiq qurumları arasında fövqəladə hallarla mübarizə sahəsində səmərəli əməkdaşlıq uğurla davam edir.

Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə səfirə ətraflı məlumat verərək qeyd edib ki, bu sahədə əlaqələrin daha da inkişafı üçün geniş potensial mövcuddur.

Səmimi qəbula və təbriklərə görə təşəkkürünü bildirən səfir Ronen Kraus, iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən və fövqəladə hallar sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Səfir həmçinin fövqəladə hallar üzrə qurumlar arasında əlaqələrin genişləndirildiyini vurğulayaraq, bu istiqamətdə səylərini artıracağını bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Siyasət 15:53
Donald Tramp İlham Əliyevə təşəkkür edib
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Siyasət 15:23
Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Siyasət 12:10
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Prezident finlandiyalı həmkarını təbrik edib
Siyasət 11:04
Prezident finlandiyalı həmkarını təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol