Hüquq müdafiəçisi Ağ Evə və ABŞ Dövlət Departamentinə müraciət edib
Noyabrın 24-də Rüfət Səfərovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, beynəlxalq qurumlara, Qərb ölkələrinə müraciət edərək Ukraynanı tək buraxmamağa, Ukraynanın yanında qalmağa çağırıb.
"Hazırda Azərbaycan çapında yox, dünya çapında ədalətsizlik hökm sürür. Mənim üçün Ukraynada baş verənlər vacibdir. Mən bütün ürəyimlə Ukrayna, Ukrayna xalqının və Zelenskinin yanındayam", - o bildirib.
Səfərov qeyd edib ki, insan hüquqları, söz azadlığı kimi Qərb dəyərlərinin tərəfdarıdır.
"Amma təəssüf ki, Qərb ölkələri, ABŞ Putinin qabağında aciz qalıb", - Səfərov vurğulayıb.
Rüfət Səfərov 2024-cü ildə ABŞ Dövlət Departamentinin İnsan Hüquqları Müdafiəçisi mükafatına layiq görülüb.
Tatyana Kryuçkina