Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinə seçildi
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin üzvü seçilib. Seçkilər 24 noyabrda Parisdə ciddi rəqabət şəraitində keçirilib.
Ölkəmiz 5 namizəd arasından ən yüksək nəticə göstərərək 92 səs toplamaqla Çexiyanı (28 səs), Ermənistanı (21 səs), Polşanı (11 səs) və Sloveniyanı (9 səs) geridə qoyub.
Bu nəticə Azərbaycanın beynəlxalq təşkilatlardakı mövqeyinin və mədəni irsin qorunması sahəsində nüfuzunun artdığını göstərir.
N.Təbrizli