ATƏT Minsk prosesini və əlaqəli strukturları rəsmi olaraq bağlayıb
ATƏT 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanmasını tamamlayıb. Bu barədə təşkilatın açıqlamasında bildirilir.
ATƏT-in bəyanatına görə, bu addım 2025-ci il sentyabrın 1-də Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciəti əsasında Nazirlər Şurasının MC.DEC/1/25 qərarına uyğun həyata keçirilib. Bəyanatda qeyd olunur ki, bütün inzibati prosedurların başa çatması Minsk prosesinin qəti bağlanması deməkdir.
Təşkilat vurğulayıb ki, Minsk prosesinin bağlanması ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi birgə bəyannamənin, həmçinin ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarının həyata keçirilməsi deməkdir.
Minsk prosesi uzun illər Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in vasitəçiliyi ilə aparılan diplomatik mexanizm olub. Təşkilatın açıqlamasına görə, prosesi bağlamaq həm rəsmi razılaşmaların, həm də Vaşinqtonda imzalanmış birgə bəyannamənin yerinə yetirilməsini tamamlayır.
AYtac
Son xəbərlər
Daha çox