• $
  • €
  • ₽
  • ₺
  • £

9 vəzifəli nöqsanlara görə vəzifəsindən azad edilib - Səfərbərlik Xidmətinin rəsmisi

9 vəzifəli nöqsanlara görə vəzifəsindən azad edilib - Səfərbərlik Xidmətinin rəsmisi
01.12.2025 11:02

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu il işində yol verdiyi nöqsanlara görə 9 əməkdaş vəzifədən azad edilərək ehtiyata buraxılıb. Bu barədə qurumun Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev QHT nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, xidmətdə qeyri-qanuni hərəkətlərə dair 2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin indiki dövrünə qədər isə 158 fakt müəyyən edilib. Hidayev deyib ki, həmin əməkdaşlar barəsində müxtəlif inzibati tənbeh tədbirləri tətbiq olunub.

Rəsminin açıqlamasına görə, 2023-cü ildə 22 nəfər üzrə 15, 2024-cü ildə 95 nəfər üzrə 51, cari ilin 11 ayında isə 93 nəfər üzrə 44 material araşdırılması üçün prokurorluğa göndərilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol