Deputat geosiyasi məsələlərin müzakirəsi üçün ayda bir dəfə toplaşmağı təklif edir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ayda bir dəfə yığışaraq beynəlxalq gündəlikdəki yeni çağırışları müzakirə edə bilər. Bunu komitənin bugün keçirilən iclasında deputat Nəsib Məmmədli təklif olaraq səsləndirib.
Deputat bildirib ki, bu iclaslar komitənin xarici siyasət sahəsində ictimai rəyə çıxışları və prezidentin apardığı diplomatik təşəbbüslərin davamı baxımından vacibdir.
O qeyd edib ki, deputatlar bu istiqamətdə konkret işlər görərək, fəaliyyətin effektliliyini göstərə bilərlər.
Komitə sədri Səməd Seyidov isə əlavə edib ki, belə müzakirələrin təşkili faydalı olar və bu barədə düşünmək mümkündür.
Gülnar Nazimqızı