Rusiya səfirliyi Azərbaycana təşəkkür edib
Rusiyanın Bakıdakı səfirliyi İrandan Rusiya vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkürünü bildirib.Bu barədə diplomatik missiyanın "Telegram" kanalı məlumat yayıb.
"Rusiyanın Azərbaycandakı səfirliyi Astara sərhəd keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına yardım göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik", - deyə məlumatda qeyd olunub.
Son xəbərlər
Daha çox