• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib
20.09.2026 17:43

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən və 31 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.Bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Nazirlik Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində məscid və polis kompleksinə qarşı törədilən hücumu qətiyyətlə pislədiyini bildirib.

"Pakistan hökumətinə və qardaş Pakistan xalqına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik", - paylaşımda qeyd olunub.

XİN Azərbaycanın terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəy olduğunu vurğulayıb.

Sentyabrın 18-də Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığında törədilən terror aktı nəticəsində 31 nəfər ölüb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol