• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir

Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
30.10.2026 12:14

Pulsuz hüquqi yardım haqqında qanunun effektiv tətbiqi üçün maliyyələşmənin davamlı və ədalətli olması, alternativ maliyyə mənbələrinin araşdırılması, rəqəmsallaşma və xidmət keyfiyyətinə nəzarət mexanizmlərinin yaradılması vacibdir.  Bunu Milli Məclisin deputatı Əli Məsimli çıxışı zamanı bildirib. 

O bildirib ki, qanunun mətninin yüksək səviyyədə hazırlanması onun effektiv işləməsi üçün kifayət deyil. Bunun üçün, ilk növbədə, qanunun və ayrı-ayrı hədəf qruplarının maliyyə tutumu müəyyənləşdirilməlidir.

Əli Məsimli hesab edir ki, hüquqi yardımın maliyyələşdirilməsində əsas yük dövlətin üzərinə düşsə də, əlavə maliyyə mənbələri və beynəlxalq donor mexanizmləri də nəzərdən keçirilməlidir.

Deputat qanunun tətbiqində üç əsas şərti qeyd edib: maliyyələşmənin davamlı və ədalətli təşkili, bürokratik maneələrin azaldılması üçün rəqəmsallaşmadan geniş istifadə və göstərilən xidmətlərin keyfiyyətinə müntəzəm monitorinq və ciddi nəzarət.

O, qanunun regionlarda təsirinin və əhəmiyyətinin də qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Əli Məsimli bildirib ki, yeni mexanizmin deputatların fəaliyyətinə dəstəyinin necə təşkil olunması da müzakirə edilməlidir.

Deputat Milli Məclisin həkimlər kollegiyası ilə əməkdaşlıq təcrübəsini nümunə göstərərək, hüquqi yardım sahəsində də uğurlu əməkdaşlıq platformasının qurulmasının mümkün olduğunu qeyd edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Siyasət 12:07
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin

Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Siyasət 12:02
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:06
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycanda Ombudsmandan şikayət edən vətəndaş görməmişəm - deputat
Siyasət 10:14
Azərbaycanda Ombudsmandan şikayət edən vətəndaş görməmişəm - deputat

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilir
Siyasət 10:02
Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilir
Deputat Ombudsman Aparatı ilə bağlı fikrini radikal şəkildə dəyişdiyini açıqlayıb
Siyasət 09:55
Deputat Ombudsman Aparatı ilə bağlı fikrini radikal şəkildə dəyişdiyini açıqlayıb
Yeni Ombudsman onlardan biri olacaq
Siyasət 09:28
Yeni Ombudsman onlardan biri olacaq
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Siyasət 23:47
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol