• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan “DQR”in müstəqilliyini tanımadı

Ermənistan “DQR”in müstəqilliyini tanımadı
13.11.2013 14:14

Ermənistan parlamentindəki fraksiyaların əksəriyyəti "Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınması haqqında” qanun layihəsi ilə bağlı səsverməni boykot edib.APA-nın "Novosti Armeniya”ya istinadən xəbərinə görə, "İrs” partiyasının fraksiya rəhbəri Zarui Postancyan tərəfindən təqdim olunmuş qanun layihəsinin lehinə 10 nəfər səs verib, bir nəfər bitərəf qalıb, əleyhinə səs verən isə olmayıb. Səsvermədən öncə Zarui Postancyan Dağlıq Qarabağın "müstəqilliyinin” Ermənistan tərəfindən tanınmasının vacibliyini bir daha vurğulamaq istəyib, lakin spiker Ovik Abramyan onun mikrofonunun söndürülməsinə göstəriş verib. Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan və "Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyasının katibi Naira Zöhrabyan səsvermədə iştirak etməyəcəklərini bəyan ediblər. Müxalif Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan isə Dağlıq Qarabağın "müstəqilliyinin” Ermənistan tərəfindən tanınmasının tərəfdarı olduqlarını, lakin hazırda bu addımın vaxtının çatmadığını deyib və səsvermədə iştirak etməyəcəklərini söyləyib. Qeyd edək ki, bundan əvvəl "Daşnaksütun” Partiyasının fraksiyası qanun layihəsinin lehinə səs verəcəyini bildirib.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol