• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı təmiz göllər şəhəri olacaq

Bakı təmiz göllər şəhəri olacaq
11.01.2015 09:30
"Ekologiya ilə bağlı məsələlər bu il  prioritet olaraq qalacaq. Keçən il Azərbaycanda 4 milyona yaxın ağac əkilib. Neftlə çirklənmiş ərazilər təmizlənir. Böyükşor gölündə işlər sürətlə gedir. Bir neçə aydan sonra Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi başa çatacaq”. APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidentiİlham Əliyev deyib. 
 
Dövlət başçısı qeyd edib ki, bu, buna oxşar bütün başqa layihələr üçün bir nümunə olacaq: "Çünki biz bu istiqamətdə çox fəal iş aparırıq, neftlə çirklənmiş bütün yerləri, gölməçələri təmizləyirik. Bibiheybət, "Ağ şəhər”, Böyükşor. Bu il Zığ gölünün təmizlənməsi nəzərdə tutulub. Bu da çox önəmli layihədir. Biz Bakının ətrafında yerləşən, neftlə və lay suları ilə çirklənmiş bütün gölləri tədricən təmizləyəcəyik. Orada istirahət və əyləncə zonaları, ictimai yerlər yaradılacaq. Ümumiyyətlə, Bakıda son illərdə çoxsaylı ictimai yerlər, parklar, bağçalar yaradılır. Bu ictimai yerlərin sayına görə Bakı bəlkə də dünya miqyasında ön sıralardadır. Çünki Bakı bu gün parklar, bağçalar şəhəridir və Bakı təmiz göllər şəhəri olacaq. Mən buna əminəm. Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsinin bu ilin yayına qədər başa çatması, hesab edirəm, hər kəsə göstərəcək ki, biz bunu da edə bilmişik və güclü iradə olan yerdə, istənilən layihə icra edilə bilər”.
 
APA


Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol