• $
  • €
  • ₽
  • ₺
  • £

Marneulidə azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası

Marneulidə azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası
06.04.2015 11:44
Martın 5-də azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Ermənistanla sərhəd zolağında yerləşən Ulaşlı kəndində etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları rayon rəhbərliyindən mal-qara üçün örüş sahəsi tələb ediblər. Onlar əvvəllər kəndə məxsus olan 350 hektar örüş sahəsi və bir çox torpaq sahələrinin 2010-cu ildə rayon bələdiyyəsinin deputatı Rauf Bəkirov və digər şəxslər tərəfindən biçənək sahələri kimi qanunsuz özəlləşdirildiyini bildiriblər.
 
Marneuli rayon icra hakimiyyəti başçısının müavinləri Temur Beridze və Kamandar İsmayılov, həmçinin Vahid Milli Hərəkat Partiyasının Marneuli rayon şöbəsinin rəhbəri Əhməd İmamquliyev Ulaşlı kəndinə gedərək sakinlərlə görüşüblər. Ə. İmamquliyev bir qrup kənd sakini ilə birlikdə sərhəddə yerləşən sahəyə baxış keçirib.  
 
Marneuli rayon icra hakimiyyətinin nümayəndələri kənd sakinlərinə torpaq sahələrinin özəlləşdirilməsi məsləsinin yenidən yoxlanacağını və onlara rəsmi şəkildə cavab veriləcəyini bildiriblər.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol