“Porshe” ilə “avtoş”luq etdi, 20 gün həbs "yedi"

09:51 | 01.11.2014
“Porshe” ilə “avtoş”luq etdi, 20 gün həbs "yedi"

“Porshe” ilə “avtoş”luq etdi, 20 gün həbs "yedi"

Bakıda “Porshe” markalı minik maşını ilə “avtoş”luq edən sürücü saxlanılıb. Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə yayıb.Məlumatda deyilir ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Belə ki, Dövlət Yol Polisi əməkdaşları xidmət apararkən Bakı sakini Nicat Abdullayevin idarə etdiyi “Porshe” markalı maşının avtoxuliqanlıq etməsi faktını qeydə alaraq onu saxlayıblar.Avtoxuliqanlıq faktı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə sənədləşdirilib və Xəzər rayon məhkəməsinə göndərilib. DİN rəsmisi bildirib ki, Xəzər rayon məhkəməsi Nicat Abdullayev barəsində 20 sutka inzibati həbs qərarı çıxarıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM