Portuqaliya millisində ciddi itkilər var

17:51 | 30.05.2014
Portuqaliya millisində ciddi itkilər var

Portuqaliya millisində ciddi itkilər var

"Real"ın və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun zədəsi hələ də sağalmayıb.

Qol.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Atletiko" ilə görüş öncəsi zədələnən hücumçu yığmada məşqlərə qatıla bilməyib. 

Onun Yunanıstanla keçiriləcək yoldaşlıq görüşündə oynamayacağı gözlənilir. Portuqaliya Futbol Federasiyasının rəsmi saytında yayılan məlumatda Kriştiano Ronaldo ilə yanaşı, Raul Meyreleş, Moutinyo və Ruben Amorimin də müalicələrini davam etdirdiyi bildirilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb