Prezident İlham Əliyevə "Şimal” Kiçik Su Elektrik Stansiyası haqqında məlumat verilib.
Bakının Şüvəlan qəsəbəsində yerləşən, ümumi gücü 800 MVt olan "Şimal” Elektrik Stansiyasının ərazisində "AzərEnerji” ASC tərəfindən daha bir yenilik edilərək, istifadə olunub dənizə axıdılan soyutma suyunun üzərində 300 kVt-lıq kiçik su elektrik stansiyası tikilib. Kiçik su elektrik stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb. Bu stansiya vasitəsilə il ərzində 2,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal ediləcək ki, bu da "Şimal-1” və "Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər "Şimal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !