Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin edilib. “Qafqazinfo” xəbər verir ki, Elxan Bahadur oğlu Hüseynov universitetə rektor təyin olunub. Xatırladaq ki, dekabrın 16-da Azərbaycan prezidentinin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olunmuşdu. Qeyd edək ki, nazir Mikayıl Cabbarov dekabrın 18-də Elxan Hüseynovun SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunması ilə bağlı əmr vermişdi. "Qafqazinfo" yeni rektor haqda qısa informasiya təqdim edir: Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə təhsil nazirinin müşaviri vəzifəsində işləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !