Prezident kortejindən gözlənilməz hərəkət – Video

14:17 | 14.06.2014
Prezident kortejindən gözlənilməz hərəkət – Video

Prezident kortejindən gözlənilməz hərəkət – Video

Sosial şəbəkələrdə Ukrayna Prezidenti Pyotr Poroşenkonun kartejinin nümunəvi hərəkətini əks etdirən video-çarx yerləşdirilib.
 
Dövlət başçısını müşayiət edən prezident korteji yol-nəqliyyat qaydalarına yüksək səviyyədə əməl edib. Belə ki, işıqforun dayanmağa işarə edən qırmızı işığında avtomobil karvanı dayanıb. 
 
Xatırladaq ki, prezident kortejinin yolda dayanması - ehtimal olunan sui-qəsdçilərə fürsət yaratdığı üçün - mühafizə xidməti tərəfindən məqbul sayılmır. Prezidenti aparan avtomobil kortejinin sui-qəsd ehtimalını sıfra endirən və dəqiq nişan almağa imkan verməyən minimal sürəti 120 km/s olaraq dünyada qəbul edilib. Xüsusilə Ukraynadakı hazırkı konflikt və separatçı müharibəsi getdiyi bir məqamda Poroşenkonun bu addımı çox riskli sayılsa da, dövlət başçısının bu hərəkəti internet istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb, ona işində uğurlar arzulanıb./Axar.Az/
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb