Prezident kortejinin keçdiyi yolda kuryoz hadisə - FOTO

17:00 | 28.07.2014
Prezident kortejinin keçdiyi yolda kuryoz hadisə - FOTO

Prezident kortejinin keçdiyi yolda kuryoz hadisə - FOTO

Bu gün prezident İlham Əliyevin kortejinin keçdiyi yolda, metronun “Gənclik” stansiyasının yaxınlığında kuryoz hadisə baş verib.Blogger Mehman Hüseynov hadisə şahidlərinə istinadən virtualaz.org saytına bildirib ki, prezidentin olduğu avtomobilin oradan keçməsinə bir neçə dəqiqə qalmış yoldakı marşrut avtobuslarından biri qəflətən xarab olub. Özünü itirən yol polisi əməkdaşları sürücüdən dərhal maşını yoldan götürməsini tələb ediblər. “Əgər sən öz avtobusunu bu dəqiqə burdan götürməsən, biz hamımız işimizi itirəcəyik” – deyə, onlar əvvəlcə özünü itirmiş sürücünün üstünə düşüblır.Amma sonra görəndə ki, avtobusu oradan götürmək mümkün deyil, polislər onu var gücləri ilə itələməyə başlayıblar. Bir azdan avtobusdakı sərnişinlər də onlara köməyə gəliblər. Beləliklə, necə deyərlər, hakimiyyətlə xalq sözün həqiqi mənasında çiyin-çiyinə verərək xoşagəlməz olayların qarşısını alıblar... ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM