Prezident qapıçıya zəng etdi

21:30 | 03.07.2014
Prezident qapıçıya zəng etdi

Prezident qapıçıya zəng etdi

Obama ABŞ millisinin uğurlu çıxışına görə təbrik edib

ABŞ prezidenti Barak Obama ABŞ yığmasının kapitanı Filip Dempsi və qapıçı Tim Hovarda zəng edib. 

ANS PRESS-in məlumatına görə, Obama Dünya Çempionatında Belçika ilə qarşılaşan ABŞ millisinin uğurlu çıxışına görə bu iki futbolçunu təbrik edib. Futbolçuların göstərdikləri oyuna və komandanın turnirdə sərgilədiyi yaxşı oyuna görə təşəkkürlərini bildirib. 

Ağ Evdən bildirilib ki, Obama futbolçulara tək meydançada gördükləri işlərə görə deyil, ölkəni qürurlandırdıqları üçün də minnətdarlığını çatdırıb. 

ABŞ müdafiə naziri Hagel də qapıçı Tim Hovarda zəng edərək təşəkkürünü bildirib. Nazir qapıçı Hovardı və bütün komandanı Pentaqona dəvət edib. Hegel Hovardla zarafat da edib: "Bir az məşqlə bir gün gerçək müdafiə naziri ola bilərsən".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM