Prezident "İstiqlal" ordeni verdi

20:37 | 16.07.2014
Prezident "İstiqlal" ordeni verdi

Prezident "İstiqlal" ordeni verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rasim Həsən oğlu Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.ANS PRESS-in məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Həsən oğlu Əliyev Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilsin".Qeyd edək ki, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev Azərbaycanın əməkdar memarıdır. Azərbaycan Memarlıq İttifaqının vitse-prezidenti olan Rasim Əliyev Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının və Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvüdür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM