Prezident quru sərhədlərin bağlı qalmasını doğru qərar hesab edir

13:14 | 23.09.2024
Prezident quru sərhədlərin bağlı qalmasını doğru qərar hesab edir

Prezident quru sərhədlərin bağlı qalmasını doğru qərar hesab edir

Azərbaycanda quru sərhədlərin bağlı olması ölkəni bir çox böyük fəalkətlərdən qoruyub. Bunu ölkə Prezienti İlham Əliyev bu gün Milli Məclisin ilk iclasında çıxışı zamanı deyib. 
 
"Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, -  Prezident diqqətə çatdırıb.
 
Bundan əvvəl ölkə Prezidenti quru sərhədlərin bağlı qalmasını təhlükəsizlik məsələsi ilə bağlı olduğunu açıqlayıb. 
 
Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 1-nə qədər uzadılıb. 
 
Hazırda karantin qaydalarında yalnız quru sərəhədlərin bağlı qalması daxildir. 
 
Koronavirus pandemiyasının yenidən yayılması məsələsi son zamanların aktual mövzudur. Bir çox alimlər hesab edir ki, koronavirusun yeni növü bir neçə aya sürətlə bütün dünyaya yayılacaq. Hazırda Azərbaycanda koronavirusun omirkon ştampı mövcuddur. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür