Prezident İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışından sonra sakinlərlə görüşən zaman Xalq artisti Ramiz Novruzla həmsöhbət olub.
R.Novruz açıqlamasında bildirib ki, ölkə başçısı ilə görüşü ilə tam təsadüfi alınıb:"Mən işdən çıxıb gedirdim, gördüm cənab Prezident gəlir. Uzaqdan seyr etmək istədim. Prezident uzaqdan məni gördü və yanına çağırdı. Teatrdakı vəziyyət barədə söhbət etdik.
Şəkil çəkdirəndə arxaya getmək istəyirdim, lakin onlarla birlikdə öndə durmağımı söylədilər. Mənim üçün bu qürurverici bir mənzərə oldu”.Aktyor qeyd edib ki, dövlət başçısı ilə söhbətində teatrda çalışan gənclərin razılığını ona çatdırıb.(oxu.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !