• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
23.09.2014 20:03
Sentyabrın 23-də prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən qərara alıram:1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılsın.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Siyasət 23:45
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşıb
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Siyasət 21:15
Prezident sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşıb - Video
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Siyasət 20:50
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - Yenilənib
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Siyasət 20:30
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışlayır
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
Siyasət 13:41
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik - Nazir
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Siyasət 12:00
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı istintaqının başa çatmasını gözləyirik - XİN
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Siyasət 11:34
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Siyasət 09:44
Britaniya səfirindən Heydər Əliyevlə bağlı paylaşım
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Siyasət 00:02
Prezidentdən Heydər Əliyevin ildönümü ilə əlaqədar paylaşım
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol