Prezident Türkmənistana və Çinə yeni səfir təyin edib- SƏRƏNCAM

13:36 | 29.08.2023
Prezident Türkmənistana və Çinə yeni səfir təyin edib- SƏRƏNCAM

Prezident Türkmənistana və Çinə yeni səfir təyin edib- SƏRƏNCAM

Prezident İlham Əliyev Türkmənistana və Çinə yeni səfir təyin edib. Bununla bağlı Prezident Sərəncam imzalayıb.
 
Bildirilir ki, Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb və Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Qismət Füzuli oğlu Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Dövlət başçısının Sərəncamı ilə Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə isə Qismət Füzuli oğlu Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Prezidentin daha bir Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM