Prezidentin kiçik nəvəsinin görüntüsü - FOTO

11:38 | 01.07.2014
Prezidentin kiçik nəvəsinin görüntüsü - FOTO

Prezidentin kiçik nəvəsinin görüntüsü - FOTO

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin kiçik nəvəsi Aydının yeni fotosu yayılıb.ANS PRESS-in məlumatına görə, ölkə başçısının kiçik qızı Arzu Əliyeva mediadan kənar saxladığı oğlu ilə olan yeni şəklini paylaşıb. Görüntünü Facebook səhifəsinə yükləyən xanım şəkli ürək işarələri ilə şərh edib. Arzu xanım oğlu ilə birlikdə dəniz kənarında qumda istirahət edərkən görüntülənib. A. Əliyeva hər zaman olduğu kimi bu dəfə də övladının üzünü göstərməyib. Qeyd edək ki, prezidentin nəvəsinin bir qədər əvvəl 2 yaşı tamam olub.Xatırladaq ki, Arzu Əliyeva və Səməd Qurbanov 2011-ci ilin sentyabr ayının 3-ü ailə həyatı qurublar. Cütlüyün Aydın adlı 1 oğul övladı var. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM