2019-ci il maliyyə ili üçün Türkiyənin Prezidenti Administrasiyasına ayrılacaq 2.8 milyard lirəlik (təxminən 785 milyon dollar – red.) büdcənin detalları açıqlanıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2019-cu ildə prezident Rəcəb Tayyib Ərdoğanın maaşı 26 faiz artırılacaq.
Beləliklə, Ərdoğanın 59 min lirə (təxminən 16,5 min dollar – red.) olan maaşı 74 min 500 lirə (təxminən 21 min dollar) təşkil edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !