Prezidentin qızları açılışda

09:34 | 07.11.2017
Prezidentin qızları açılışda

Prezidentin qızları açılışda

Noyabrın 6-da Bakıda, Heydər Əliyev Mərkəzində müasir Çin rəssamlarının əsərlərindən ibarət "Ulduzlar toplusu” sərgisinin açılışı olub.  Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak edib.

Tədbir Çindən gəlmiş rəqs qrupunun milli rəqsləri təqdim etməsi ilə başlanıb.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin ənənəvi olaraq layihələr həyata keçirməsindən söhbət açıb, budəfəki layihənin müasir Çin incəsənətinə həsr edildiyini bildirib. Bu layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Çinin Azərbaycandakı səfiri Vey Cinhuaya və səfirliyin əməkdaşlarına təşəkkür edən A.Ələkbərov sərgidə 20 rəssamın və heykəltəraşın 40-dək əsərinin təqdim edildiyini bildirib. 

Kolleksiyaçı Con Dodelandı və sərginin kuratoru Ami Barakı səhnəyə dəvət edən A.Ələkbərov Heydər Əliyev Mərkəzinin gələcəkdə gənc kolleksiyaçı ilə bir sıra layihələr həyata keçirəcəyini diqqətə çatdırıb.

"Ulduzlar toplusu” sərgisi müasir Çin incəsənəti, bu ölkənin mədəniyyətindəki yeni çalarlarla yaxından tanışlıq imkanı yaradır.
Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, ekspozisiya Heydər Əliyev Mərkəzində 2018-ci il fevralın 1-dək davam edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM