Prezidentlər Suriyadakı vəziyyəti və enerji layihələrini müzakirə edəcəklər

22:43 | 11.06.2015
Prezidentlər Suriyadakı vəziyyəti və enerji layihələrini müzakirə edəcəklər

Prezidentlər Suriyadakı vəziyyəti və enerji layihələrini müzakirə edəcəklər

Türkiyə və Rusiya prezidentləri Bakıda Suriyadakı vəziyyəti və birgə enerji layihələrini müzakirə edəcəklər.
 
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov jurnalistlərə bu görüşün kifayət qədər əhəmiyyətli olduğunu bildirib: "Birincisi, prezidentlər çoxdandır görüşmürlər. Rusiya və Türkiyə müxtəlif bölgələrdə ən böyük ticarət-iqtisadi, investisiya layihələri üzrə əsas tərəfdaş olaraq qalır. Bu səbəbdən də ölkə rəhbərlərinin hər görüşündə, xüsusilə, Türkiyədə baş tutan parlament seçkilərindən sonra gündəlikdə duran məsələlər çox genişdir”.

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcəklər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM