Prokuror avtomobil qəzasına düşdü - Tovuzda

11:44 | 28.11.2013
Prokuror avtomobil qəzasına düşdü - Tovuzda

Prokuror avtomobil qəzasına düşdü - Tovuzda

Tovuz rayonunda baş vermiş yol qəzasında prokuror xəsarət alıb.Azvision.az-ın verdiyi məlumata görə, bu barədə rayon prokurorluğundan bildirilib. Məlumata görə, hadisə dünən saat 20 radələrində baş verib. Rayonun Aşağı Quşçu kəndi ərazisində üzü Bakı şəhəri istiqamətində hərəkətdə olan sürücü “Mercedes” markalı maşınla Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafıəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, hüquqşünas Pərviz Mirhəşimovun idarə etdiyi «Mercedes E class» markalı avtomobil toqquşub.Hadisə nəticəsində P.Mirhəşimov xəsarət alıb. Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, faktla bağlı araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM