Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni sanksiyalarını şərh edib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidenti bildirib ki, bu sanksiyalara sakit yanaşmaq və onların məğzini analiz etmək lazımdır. Putinin sözlərinə görə, sanksiyalar Rusiya-ABŞ münasibətlərini küncə sıxışdırır, ABŞ-ın özünə və biznesinə zərər vurur: "Çox təəssüf ki, tərəfdaşlarımız məhz bu yolla gedirlər. ABŞ-da bu siyasi aksiyanı planlaşdıranlar olduqca aqressiv və qeyri-peşəkardırlar". Putin Rusiya hökumətinin danışıqlar üçün qapıları bağlamayacağını da qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !