Putin azərbaycanlı iş adamına orden verdi

15:47 | 13.10.2015
Putin azərbaycanlı iş adamına orden verdi

Putin azərbaycanlı iş adamına orden verdi

Rusiya Prezidenti Vladimir Putin Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva vilayət bölməsinin sədri, "Günay” İstehsalat-kommersiya firmasının rəhbəri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Rusiya prezidentinin hüquqi informasiya portalında yerləşdirilib.

Sərəncamda qeyd olunur ki, yüksək dövlət mükafatı Rəhimova əmək fəaliyyətində uğurlar və çoxillik vicdanlı işinə görə verilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM