Putin Ərdoğanla görüşdü

18:50 | 07.02.2014
Putin Ərdoğanla görüşdü

Putin Ərdoğanla görüşdü

Dünyanın ən bahalı Olimpiya oyunlarından olan Soçidə keçirilən yarışlar bu gün rəsmi sürətdə açılacaq. ANS PRESS-in məlumatına görə, artıq oyunları izləmək üçün Soçidə olan bəzi liderlər arasında görüşlər keçirilib. İlk görüşlərdən biri də Rusiya lideri Vladimir Putinlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında olub. Prezidentlə baş nazir arasında bir sıra sahələr üzrə danışıqlar keçirilib. Putin zaman ayırıb Soçiyə gəldiyi üçün təşəkkür edib. "İdmançılarınıza da uğurlar arzu edirəm. Türkiyə bizim əsas tərəfdaşlarımızdandır. Dost münasibətlərimiz var. Keçən il Türkiyəyə 4 milyon rus turistin gəldiyini demək yetərlidir. Ərdoğan isə çıxışında bu gün axşam baş tutacaq açılış mərasiminin sülhün, azadlığın rəmzi olacağına inandığını deyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM