Putin: Mən nə dost, nə nişanlı, nə də ki, bəyəm, mən prezidentəm

12:47 | 11.01.2016
Putin: Mən nə dost, nə nişanlı, nə də ki, bəyəm, mən prezidentəm

Putin: Mən nə dost, nə nişanlı, nə də ki, bəyəm, mən prezidentəm

"Bu insanların öz maraqları mövcuddur”.

Rusiya Qərb ölkələri ilə kompromisə getməyə hazırdır, amma dövlətlər arasında münasibətlər insanlar arasında qurulan münasibətlərdən fərqli qurulur.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin Almaniyanın Bild nəşrinə verdiyi müsahibədə bildirib, müsahibənin tərcüməsi bazar ertəsi yanvar ayının 11-də Kremlin rəsmi saytında dərc edilib.

"Mən nə dost, nə nişanlı, nə də ki, bəyəm, mən Rusiya Federasiyasının prezidentiyəm”, - Putin bəyan edib.

Dövlət başçısı xatırladıb ki, ölkə əhalisinin sayı 146 milyon nəfərdir.

"Bu insanların öz maraqları mövcuddur və mən onları qorumalıyam”, - o qeyd edib.

Nəşrin müxbiri Rusiya prezidentinə iki Putinin mövcud olması barədə nəzəriyyə barədə danışıb:

"Biri gənc, 2007-ci ilə qədər amerikalılar ilə həmrəylik barədə bəyanat verən Şrederin dostu, daha sonra ikincisi 2007-ci ildən sonra isə digər Putin peyda oldu”.

Həmsöhbət xatırladıb ki, 2000-ci ildə Putin Avropa ilə konfrontasiya istəmirdi, və onun öhdəsindən gəlmək üçün hər şey etməyə çağırırdı. Amma indi Rusiya və Qərb arasında qarşıdurma getdikcə kəskinləşir.

"Sizə birbaşa bir sual verəcəm. Biz əvvəlki Putini nə zaman geri alacağıq?”, - jurnalist maraqlanıb.

"Mən heç bir zaman dəyişməmişəm. Birincisi, mən özümü bu gün də gənc hiss edirəm. Mən Şrederin dostu olmuşam və onun dostu olaraq qalıram. Heç nə dəyişməyib”, - Putin cavab verib.

Almaniyanın hazırkı kansleri Angela Merkel ilə münasibətdən danışan Putin, ona hörmətlə yanaşdığını vurğulayıb.

"O, çox səmimi adamdır, çox peşəkardır. İstənilən halda etibar səviyyəsi məncə, çox yüksəkdir”, - o qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb