Putin: "Türkiyə-Rusiya ikitərəfli münasibətlərin korlanmasından çox təssüflənirəm"

01:02 | 01.12.2015
Putin:

Putin: "Türkiyə-Rusiya ikitərəfli münasibətlərin korlanmasından çox təssüflənirəm"

"Çünki bu münasibətlərin möhkəmlənməsi üçün şəxsən özüm çox şey etmişəm"

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin korlanmasından təəssüf hissi keçirdiyini söyləyib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Parisdə BMT-nin iqlim dəyişikliyi konfransı çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin yekunlarına dair mətbuat konfransında çıxış edən Vladimir Putinə Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin bu vəziyyətə düşməsinə təəssüflənib-təəssüflənməməsi ilə bağlı sual ünvanlanıb.
 
"Hesab edirəm ki, biz hamımız çox təəssüflənirik. Şəxsən mən çox təssüflənirəm, çünki bu uzun müddət ərzində münasibətlərin möhkəmlənməsi üçün çox şey etmişəm",- deyə Putin suala cavabında bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM