Putinin düşməni Senatdan gedir

20:47 | 09.03.2018
Putinin düşməni Senatdan gedir

Putinin düşməni Senatdan gedir

Respublikaçı senator Con Makkeyn Senatda tutduğu vəzifəsini tərk edə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "True Pundit” saytı yayıb. Sayt artıq Demokratlar Partiyasının Makkeynin bu addımı ilə bağlı aktivləşdiyini bildirib. Belə ki, partiya illərdir böyük uğur qazana bilmədiyi Arizona ştatında Makkeynin yerinə senator seçilməsi üçün yeni namizəd axtarışına çıxıb.

Qeyd edək ki, 81 yaşlı senator Senatda Silahlı Qüvvələrlə İş üzrə Komitəyə rəhbərlik edir. Xərçəng xəstəliyinə tutulduğu üçün o, komitənin iclaslarına demək olar ki, qatılmır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb