Putinin qızı Amsterdamdan qaçdı

21:29 | 25.07.2014
Putinin qızı Amsterdamdan qaçdı

Putinin qızı Amsterdamdan qaçdı

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin qızı Mariya Putina Hollandiyanın Amsterdam şəhərində yaşadığı evdən qaçmaq məcburiyyətində qalıb. 
Avropa.info nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Amsterdamın paytaxt məhəllələrinin birində sevgilisi ilə yaşayan Mariya Putinaya Ukraynada vurulmuş Malayziya sərnişin təyyarəsi ilə bağlı hollandiyalılar etiraz etməyə başlayıb. 
Putinanın yaşadığı evin qiyməti 3.4 milyon dollar olduğu bildirilir. Onun ünvanı barədə sosial şəbəkələrdə sürətlə məlumat yayıldıqdan sonra, insanlar Putinanın yaşadığı evin qarşısına toplaşmağa başlayıblar. 
Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, Haaqa İnsan Haqları Məhkəməsi Putinanın yaşadığı yerə çox yaxındı. 
Onlar Putinin qızının bu məhkəməyə çıxarılmasını tələb ediblər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM