“PwC Azərbaycan”ın ekspertləri Caspian European Club şirkətləri üçün seminar keçirdi - FOTOLAR

14:39 | 27.05.2016
“PwC Azərbaycan”ın ekspertləri Caspian European Club şirkətləri üçün seminar keçirdi - FOTOLAR

“PwC Azərbaycan”ın ekspertləri Caspian European Club şirkətləri üçün seminar keçirdi - FOTOLAR

Bu gün (27 may) Bakıda Caspian European Club (Caspian Business Club) və "PwC Azərbaycan”ın birgə təşkilatçılığı ilə miqrasiya qanunvericiliyi və onun Azərbaycan Respublikasında praktiki tətbiqi mövzusunda seminar keçirilib.

Seminarda Caspian European Club-un (Сaspian Business Club) üzv şirkətləri, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, beynəlxalq və transmilli korporasiyaların nümayəndələri iştirak ediblər.

"PwC Azərbaycan”ın ekspertləri Azərbaycanın miqrasiya qanunvericiliyi mövzusuna ümumi şərh verib, həmçinin aktual problemlər və onların həlli yolları haqda danışıblar.

Qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkəyə səfər etmiş hər bir əcnəbinin ölkəyə giriş və çıxış, müvəqqəti olma, müvəqqəti yaşama, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olma hüququ var. Seminarda bu məqamların hər biri bütün incəliklərinə kimi gözdən keçirilib. Əmək miqrantlarının sərhədi keçmələri, əmək vizası əldə etmək imkanları, müvəqqəti yaşama və  işlə təmin olunmaları, miqrasiya siyasəti sahəsindəki bir sıra aktual məsələlər, o cümlədən miqrasiya qanunvericiliyinin pozulmasına görə tərəflərin məsuliyyəti barədə ətraflı məlumat verilib.

Seminarda çıxış edən Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev miqrasiya qanunvericiliyi barədə hazırlanmış icmala görə "PwC Azərbaycan”ın nümayəndələrinə minnətdarlığını bildirib.

Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını qeyd edib. Caspian European Club-un (Caspian Business Club) Sədrinin Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyev olduğu vurğulanıb. Telman Əliyevin sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır. 

Seminarda şirkət rəhbərləri və səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
 





 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb