Qadın binadan düşən körpəni tutdu: polis mükafat verdi - VİDEO

19:43 | 27.07.2021
Qadın binadan düşən körpəni tutdu: polis mükafat verdi - VİDEO

Qadın binadan düşən körpəni tutdu: polis mükafat verdi - VİDEO

Rusiyanın Novokuznetsk şəhərində yaşlı qadın körpənin həyatını xilas edib.

Ölkə.Az xəbər verir ki, həmin şəxs küçədə binanın yanında dayanarkən ikinci mərtəbədən 6 aylıq uşağın pəncərədən düşəcəyini görüb. Qadın özünü çatdıraraq qollarını açıb və körpənin yerə düşməyə qoymayıb.

Nəticədə 6 aylıq uşaq ölümdən qurtulub, yalnız xırda xəsarətlər alıb.

Rusiya polisi 21 iyuldan yaşlı qadını mükafatlandırmaq üçün axtarışa verib.

Məlum olub ki, körpəni binadan düşərkən tutan şəxs 64 yaşlı Svetlana Sanarovadır. Polis bunun qarşılığında həmin şəxsi diplomla təltif edib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb