Qadına təpik vuran sürücü işinə qaytarıldı - Sürücü danışır - VİDEO

06:26 | 05.07.2022
Qadına təpik vuran sürücü işinə qaytarıldı - Sürücü danışır - VİDEO

Qadına təpik vuran sürücü işinə qaytarıldı - Sürücü danışır - VİDEO

Sumqayıtda qadına təpik vuraraq avtobusdan çıxaran sürücü Aqil Kosayev işinə bərpa edilib. 

"ARB Xəbər”ə açıqlama verən sürücü məsələyə hüquqi qiymət verildiyini deyib və baş verənlər haqda danışıb.

"İşıqforda düşməyi tələb edirdi. Mən də ikinci xətt üzrə yaşıl işıqda hərəkət edirdim. Ona görə də, qapını açmaq imkanı olmadı. Bir-birimizi başa düşmədik, hadisə baş verdi. İşimiz elə bir işdir ki, birinci növbədə səbirli olmaq lazımdır. Belə bir şey olmamalıydı. Çalışarıq bir də olmasın", - o deyib.

Hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti