Qadın az qala tıxacda doğacaqmış

10:59 | 25.07.2014
Qadın az qala tıxacda doğacaqmış

Qadın az qala tıxacda doğacaqmış

Dünən Bakıda tıxacda qalan hamilə qadın çətin anlar yaşayıb. 
ANS PRESS-in məlumatına görə, bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayaılıb. Verilən məlumata görə, doğuş sancısı başlayan hamilə qadın “Koroğlu” metrosu yaxınlığında tıxacda qalıb. 
Təxminən 40 dəqiqə ərzində tıxacda qalan qadının doğuşu avtomobildə başlasa da son anda onu 7 saylı doğum evinə çatdırmaq mümkün olub. 
7 saylı doğum evindən ANS PRESS-ə verilən məlumata görə, tıxacda qalan hamilə qadın son anda xəstəxanaya çatdırılıb. Xəstəxananın baş həkimin sözlərinə görə, əgər qadın bir az da gec çatdırılsaydı, faciə baş verə bilərdi.
Qadın uşağını sağlam şəkildə dünyaya gətirib. Həm ana, həm də körpənin vəziyyəti normaldır.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM