Qadın polkovnik-leytenant ehtiyata buraxıldı

17:39 | 27.02.2014
Qadın polkovnik-leytenant ehtiyata buraxıldı

Qadın polkovnik-leytenant ehtiyata buraxıldı

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Təranə Məmmədova silahlı qüvvələrdən ehtiyata buraxılıb.Bu barədə APA-ya T.Məmmədova özü məlumat verib.T.Məmmədova bildirib ki, o, qanunvericilikdə nəzərdə tutulan hərbi xidmət müddətini başa vurduqdan sonra silahlı qüvvələrdən ehtiyata çıxıb. Daxili Qoşunlarda 21 il xidmət etdiyini deyən T.Məmmədova bu qurumda əvvəl “Əsgər” qəzetinin baş redaktoru, daha sonra isə mətbuat xidmətinin rəisi vəzifəsində çalışdığını bildirib.“Mən çalışdığım dövrdə öz işimi sevdim və bütün qüvvəmi Daxili Qoşunların inkişafına, cəmiyyət tərəfindən sevilməsinə, seçilməsinə yönəltdim”, - deyə T.Məmmədova vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM