Qafqaz Müsəlmanları İdarəsinin qazisi insult keçirdi

11:02 | 04.03.2014
Qafqaz Müsəlmanları İdarəsinin qazisi insult keçirdi

Qafqaz Müsəlmanları İdarəsinin qazisi insult keçirdi

Ötən gün Qafqaz Müsəlmanları İdarəsi fətva şöbəsinin müdiri qazi Hacı Mirəziz Seyidzadə insult keçirib. ANS PRESS-in məluymatına görə, gecə saatlarında onun üçün təcili yardım çağırılıb. Hacı Mirəziz Seyidzadə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində xəstənin həyatı xilas olunsa da, hələlik təhlükə sovuşmayıb.Xəstəxananın baş həkimi Tərlan Bəbirovun ANS PRESs-ə verdiyi məlumata görə, hazırda Hacı Mirəziz Seyidzadə reanimasiya şöbəsindədir. Lakin hələlik xəstənin səhhəti üçün təhlükə tam sovuşmayıb.“Xəstə beyin-qan dövranının pozulması və hipertoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daxil olan zaman vəziyyəti olduqca ağır idi. Bu elə bir xəstəlikdir ki, onu nəzarətdə saxlamaq lazımdı. Bu insultun bir növüdür. Hazırda xəstə reanimasiyadadır. Huşu özündədir, aparata qoşulmayıb. Vəziyyəti orta-ağırdır. Hazırda həkimlər onun vəziyyətini ciddi şəkildə nəzarətdə saxlayıb”, - deyə Tərlan Bəbirov bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM