Rüstəm Qasımov
Əgər İstanbulda səfərdə olarkən, şəhərə yuxarıdan baxmaq istəsəniz, Qalata qalası sizinçün əla imkan yaradacaq, buradan siz bütün şəhəri 360 dərəcə altında görə bilərsiniz.
Tarixi abidə İstanbulun Avropa tərəfində, Qalata rayonunda yerləşir. Qalata ətrafda ola bütün tikililərdən hündürdə yerləşir, nəticədə bura qalxanda şəhərin bütün mərkəzindəki obyektləri görmək mümkün olur. Yeri gəlmişkən, siz İstanbulda olarkən şəhərin tarixi hissəsində bir dənə də olsun hündür bina, göydələn görə bilməzsiniz, göydələnlər və binalar əsasən şəhərin Asiya hissəsində yerləşir. Bunun nəticəsində, türklər şəhərin tarixi hissəsini mühafizə edə biliblər. Qalata qalası İstanbulun simvollarından sayılır, İstanbulla bağlı şəkillərdə, suvenirlərdə də bu öz əksini tapır. Gecə vaxtı qala xüsusilə mənzərəli görünür.
Qalata qalasından hazırladığımız fotosessiyanı təqdim edirik.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !