Qanuna dəyişiklik edildi

15:01 | 24.02.2015
Qanuna dəyişiklik edildi

Qanuna dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi müzakirə edilib. 

ANS PRESS-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib.

O qeyd edib ki, dəyişiklikdə müvafiq qanunun 8.1-ci maddəsində "1 il” ifadəsi "2 il” ifadəsi ilə əvəz olunacaq.

Qeyd edək ki, dəyişiklikdə vətəndaşların hüquqlarının daha güclü şəkildə qorunması, onların sosial durumunun yaxşılaşdırılması nəzərdə tutulur. Vətəndaşlar əvvəllər 6 ay, sonralar isə 1 il müddətinə bu hüquqdan yararlanırdılarsa, indi yenidən heç bir sənəd düzəltmədən iki il bu hüquqdan istifadə imkanı əldə etmiş olacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM