Qanunsuz turac ovu ilə məşğul olan şəxslər saxlanıldı

13:52 | 19.09.2015
Qanunsuz turac ovu ilə məşğul olan şəxslər saxlanıldı

Qanunsuz turac ovu ilə məşğul olan şəxslər saxlanıldı

 Saatlıda qanunsuz turac ovu ilə məşğul olan şəxslər saxlanılıb.

"Report" xəbər verir ki, Saatlı rayon Polis şöbəsi və 7 saylı Saatlı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən aparılan reyd zamanı şübhəli bilinən avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı adları "Qırmızı kitab"a düşən 3 ədəd ovlanmış turac quşu aşkar edilib. Həmçinin avtomobildə qeydiyyat sənədləri olmayan iki ədəd ov tüfəngi də aşkarlanıb. Məlum olub ki, ovçular turac quşlarını Bəylik kəndi ərazisində ovlayıb.

Rayon sakinləri Rəhmanov Eyvaz Şamil oğlu və Yolçuyev Təhməz İsrafil oğlu saxlanılaraq polis şöbəsinə gətirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM