Qapalı məkanda polislər niyə tibbi maska taxmayıb? - VİDEO

14:07 | 13.04.2022
Polis Şöbəsində həyat yoldaşı Xanım Məmmədovanı öldürən polis serjantı İsmayıl Məmmədovun saxlanılma anının görüntüləri yayılıb.  Kadrlarda polis əməkdaşlarının tibbi maskadan istifadə etməməsi diqqət çəkib.

Yayılan görüntülərin 30 sentyabr 2021-ci ildə lentə alındığı aydındır. Sözügedən vaxtda (hazırda olduğu kimi) Azərbaycanda qapalı məkanlarda tibbi maskadan istifadə etmək məcburiyyəti var idi. Kadrlarda polis əməkdaşlarının əməliyyat keçirilən binada tibbi maskadan istifadə etmədiyi görünür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərdik. Nazirlikdən istintaqın Prokurorluq tərəfindən aparıldığı bildirildi. Baş Prokurorluqdan isə sorğumuza aidiyyəti üzrə hər hansı cavab verilmədi.
 
Görüntülərdə hadisədən sonra Məmmədovun qətli törətdiyi otaqdan çıxması, saxlanılması və Xanım Məmmədovanın nəşinin aparılması əks olunub.

Ötən gün, aprelin 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində serjant İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib.(yeniavaz)
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb